...

Deputat Yevda Abramov: "İsrail parlamentinin müraciətinə əvvəlcə Milli Məclisin sədri münasibət bildirməlidir"

Siyasət Materials 18 Avqust 2006 17:46 (UTC +04:00)

"İsrail parlamenti fraksiyalarının Azərbaycan Milli Məclisinin sədrinə ünvanladıqları müraciətə çox güman ki, hər hansı formada münasibət bildiriləcək". Bu fikirləri Trend ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostulq Qrupunun sədri Yevda Abramov bildirib.

Qeyd edək ki, İsrail parlamentinin 9 siyasi fraksiyasının rəhbərləri Milli Məclisin sədri Oqtay Əsədova və Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupuna müraciət ünvanlayaraq, "Həmas" və "Hizbullah" hərəkatlarının girov götürdüyü 3 İsrail əsgərinin geri qaytarılması üçün öz köməkliyini göstərməyi xahiş ediblər. İsrail parlamenti bu məsələ ilə bağlı Azərbaycana müraciət etməsini iki ölkə arasında etibarlı və xoş münasibətlərin mövcudluğu ilə izah edib.

Y.Abramov bildirib ki, bu müraciətə əvvəlcə parlamentin spikeri O.Əsədov münasibət bildirməlidir: "Əgər o, lazım bilərsə, Azərbaycan-İsrail Parlamentlərarası Dostulq Qrupunun nümayəndələrini də dəvət etməklə hansısa bir tədbir görülməsinə dair tapşırıq verə bilər. Yaxud da diplomatik yollarla müvafiq işlər görülə bilər. Mən spikerin münasibətini gözləyəcəm və parlament hansısa bir qərara gəlsə, mənim üzərimə düşən işlərin həyata keçirilməsində iştirak edəcəm"-deyə Y.Abramov bildirib.

O, həm də əlavə edib ki, hazırda Milli Məclis tətildədir və deputatların böyük əksəriyyəti paytaxtdan kənardadır.

Xəbər lenti

Xəbər lenti