...

"Azərbalıq" Dövlət Konserninə vurulmuş 40.000 dollarlıq ziyan ödənilib

Siyasət Materials 22 Avqust 2006 13:32 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğunda "Azərbalıq" Dövlət Balçılıq Təsərrüfatı Konserninin yüksək vəzifəli şəxsləri tərəfindən Konsernə dəymiş 40.000 ABŞ dolları məbləğində ziyan həmin şəxslər tərəfindən ödənilib. Bu barədə Trend ə Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd olunan ziyan konsernin maddi-texniki təchizat bazasının vəzifəli şəxsləri tərəfindən vurulub. Bu faktla əlaqədar Bakı şəhər Prokurorluğunda əmlakı külli miqdarda talama cinayəti üzrə cinayət işi başlanaraq həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Artıq istintaq başa çatıb və iş materilaları məhkəmə baxışına göndərilib.

Qeyd edək ki, "Azərbalıq" Dövlət Konserni 2004-cü ildə ləğv olunsa da, həmin idarədə törədilmiş maliyyə cinayətləri sonradan üzə çıxıb.

Xəbər lenti

Xəbər lenti