...

Bakı Şəhər İcra Hakimiyyəti AMİP-in piket keçirməsinə razılıq vermədi

Siyasət Materials 24 Avqust 2006 12:56 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) avqustun 26-da etiraz aksiyası keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib. Bu barədə Trend ə AMİP-in təşkilat katibi Nazim Ələsgərov məlumat verib.

Qeyd edək ki, AMİP qərargah probleminin həll edilməməsinə etiraz olaraq avqustun 26-da saat 12.00-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarısında piket keçirməyi planlaşdırır. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunan müraciətə cavab olaraq bildirilib ki, piketin keçirilməsi məqsədəuyğun sayılmır.

Xəbər lenti

Xəbər lenti