...

ABŞ Dövlət Departamentinin nümayəndəsi: Cənubi Qafqaz boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan qazının Avropa bazarlarına tədarükünü təmin edəcək

Siyasət Materials 25 Avqust 2006 12:48 (UTC +04:00)

Qazaxıstan energetikasının inkişafında ABŞ-ın rolu, bu ölkənin neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tədarükü perspektivləri və Cənubi Qafqaz boru kəməri ilə qaz ixracı imkanlarının genişləndirilməsi məsələləri avqustun 23-də Alma-Atada keçirilən "Qazaxıstan və ABŞ: ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri" konfransının iştirakçıları tərəfindən müzakirə edilib.

Trend ABŞ Dövlət departamentinin Beynəlxalq informasiya proqramları bürosunun məlumatına istinadən xəbər verir ki, görüşdə həmçinin Qazaxıstanın ÜTT-yə daxil olması barədə ərizəsinin ABŞ tərəfindən dəstəklənməsi, ABŞ-ın qeyri-energetika sektoruna qoyduğu sərmayələr, Mərkəzi Asiya və Xəzər bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri də müzakirə edilib.

Konfrans ABŞ-ın Alma-Atadakı səfirliyi ilə birgə Alma-atada Qazaxıstanın birinci prezidentinin fondu (Qazaxıstan) yanında Dünya iqtisadiyyatı və siyasəti İnstitutu tərəfindən təşkil edilib.

Görüşdə ABŞ-ın Cənubi və Mərkəzi Asiya işləri üzrə dövlət katibi köməkçisinin yeni müavini Evan E.Feyqenbaum bildirib ki, ABŞ bölgə ölkələrinə öz neft və qazlarının ixrac marşrutunun seçim imkanını vermək üçün bir çox müxtəlif boru kəmərlərinin tikintisinin təşviqi siyasətini həyata keçirir.

"Xəzər boru kəməri konsorsiumu boru kəmərinin tikintisinin tamamlanması və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin istismara verilməsi bu siyasətin uğurunun əyani nümunəsidir", - deyə o bildirib.

"Biz Amerika şirkətlərinin bu layihələrin gerçəkləşdirilməsində oynadığı rolla xüsusilə fəxr edirik. Xüsusilə də, Bakı-Tbilisi-Ceyhan boru kəməri ətraf mühitini mühafizəsi sahəsində, sosial sahədə və bütün dünyada enerji daşıyıcılarının nəqlinin layihələşdirilməsi sahəsində yeni dönüş nöqtəsidir. Cənubi Qafqaz boru kəmərinin tikintisi Azərbaycanın təbii qazının Avropa bazarlarına tədarükünü təmin edəcək, nəticədə Türkmənistan və Qazaxıstan qazı da Xəzəri keçə və bu marşrut üzrə gedə biləcək", - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-ın inhisar və ya coğrafi maneələrin təsirindən azad olan siyasəti boru kəmərlərinin bir çox müxtəlif tikinti layihələrini dəstəkləyərək, Avrasiyanın mənzərəsində mühüm və çoxdan gözlənilən dəyişiklər edir.

O qeyd edib ki, ABŞ iqtisadi inkişafı sürətləndirərək və bölgənin təhlükəsizlik problemlərini həll edərək, Mərkəzi Asiyada hamı üçün geniş imkanlar və seçim variantlarının olmasını istəyir.

"ABŞ-ın üçün buo deməkdir ki, hər şeydən əvvəl, biz sıfıra bərabər məbləğlə oyun mövqeyindən Mərkəzi Asiya ilə və, ümumiyyətlə, qabaqcıl dövlətlərlə münasibətlərimizi gözdən keçirmirik. Və bir çox məsələlərdə, bacarıqlı "multivektor" xarici siyasəti olan Qazaxıstan kimi, biz hamı ilə möhkəm və səmərəli münasibət saxlamağa çalışırıq", - deyə Evan E.Feyqenbaum qeyd edib.

O qeyd edib ki, Qazaıxstan və onun qonşuları misilsiz iqtisadi imkanlardan istifadə etməyə hazırdır. "Bu imkanlar əsrlər boyu həmin bölgəni dünyanın kəsişdiyi yer edib", - deyə o vurğulayıb.

"Biz ABŞ və Mərkəzi Asiya arasında Ticarət və Sərmayələr haqqında Çərçivə sazişi və texniki yardım vasitəsilə ticarət və sərmayələr üzrə əngəlləri azaltmağa çalışırıq", - deyə Evan E.Feyqenbaum vurğulayıb.

Xəbər lenti

Xəbər lenti