...

Sabirabadda bələdiyyə seçkilərinə hazırlıq görülür

Siyasət Materials 28 Avqust 2006 15:55 (UTC +04:00)

Oktyabrın 6-da bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk seçkilərlə əlaqədar 63 saylı Sabirabad 1-ci seçki dairəsini əhatə edən Sabirabad, Məmişlər, Yenikənd bələdiyələrində təkrar, Cavad və Surra bələdiyələrində isə əlavə seçkilər keçiriləcək. Sabirabad bələdiyəsinə 15, Məmişlər və Yenikənd bələdiyələrinə 9, Cavad və Sura bələdiyələrinə isə bir yerə seçkilər olacaq.

Ümumilikdə seçkilərdə 26 min 108 nəfər seçicinin iştirakı nəzərdə tutulur. O cümlədən də Sabirabad bələdiyəsi üzrə 18 min 503 nəfər yerli, 2min 888 nəfər köçkün seçici, ümumilikdə 21 min 391 nəfər, Məmişlər bələdiyəsi üzrə 9 min 29, Yenikənd bələdiyəsi üzrə 1212, Cavad bələdiyəsi üzrə 1785, Sura bələdiyyəsi üzrə 791 nəfər seçici iştirak edəcək.

Yekun məlumata əsasən, 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə 35 yerə 77 namizəd, o cümlədən 43 nəfər fərdi qaydada, 34 nəfər isə YAP tərəfindən müraciət edərək qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti