...

BYPİ məktəblilərə məşğələlər keçir

Siyasət Materials 1 Sentyabr 2006 18:20 (UTC +04:00)

Azərbaycanda Bakı şəhər Yol Polisi İdarəsi (BYPİ) növbəti tədris ilinin başlanması ilə əlaqədar məktəblilərə yol hərəkəti və qeyri-adi vəziyyətlərdə davranış qaydalarını öyrətmək məqsədi ilə məşğələlər keçir. Bu barədə Trend ə BYPİ-nin təbliğat və təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V.Əsədovun sözlərinə görə, bu cür məşğələlər faydalı və səmərəlidir. Məktəblilər yol hərəkəti qaydaları, yol nişanları ilə tanış olurlar. Lakin tək-tək məşğələlərin və yalnız BYPİ-nin bu istiqamətdə səyləri kifayət etmir. Müəllim və valideynlərin də bu işə cəlb olunması vacibdir.

Iətəndaşların rifah halının yüksəlməsi ilə əlaqədar Bakıda nəqliyyat vasitələrinin sayı xeyli artıb. Təəssüf ki, uşaqların adi yol hərəkəti qaydalarını bilməməsi və sürücülərin bu qaydaları pozması əvvəl-axır yol-nəqliyyat qəzası ilə nəticələnir.

Xəbər lenti

Xəbər lenti