...

Azərbaycan səfiri etimadnaməsini İordaniya kralına təqdim edib

Siyasət Materials 13 Sentyabr 2006 18:53 (UTC +04:00)

Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı etimadnaməsini sentyabrın 12-də İordaniya kralı II Abdullaya təqdim edib. Trend in xəbər verdiyi kimi, bu barədə kralın mətbuat xidmətinin məlumatında bildirilir.

Azərbaycanın səfiri ilə yanaşı, kral Vatikanın, Çilinin, İspaniyanın, Şri-Lankanın, İraqın, Kanadanın, Norveçin və Malinin yeni səfirlərini qəbul edib.

Xəbər lenti

Xəbər lenti