...

Atatürk Mərkəzində Bakının erməni işğalçılarından azad olunmasının 88-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib

Siyasət Materials 15 Sentyabr 2006 13:21 (UTC +04:00)

1918-ci il sentyabrın 15-də Türkiyə və Azərbaycan hərbi birləşmələri tərəfindən Bakının erməni işxalçılarından azad olunmasının 88-ci ildönümü ilə bağlı Atatürk Mədəniyyət Mərkəzində sentyabrın 15-də dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada millət vəkilləri, Türkiyənin Azərbaycandakı səfiri və əmək və sosial müdafiə naziri Murad Başeskioğlu, Guzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı nümayəndəliyin əməkdaşları iştirak ediblər.

Dəyirmi masanı açan Atatürk Mədəniyyət Mərkəzinin sədri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov bildirib ki, Bakının erməni işğalçılarından azad edilməsində Türkiyənin Azərbaycana dəstəyi xalqımızın düşmənə qarşı mübarizə rohuna müsbət təsir göstərib.

Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı çıxış edərək deyib ki, 1918-ci ildə əldə edilmiş müstəqilliyin Azərbaycan üçün önəmi böyükdür: " Bu, 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanmasına yardımçı olub. Xalqın milli şüurunun oyanmasında böyük rol oynayıb. Nəticədə Azərbaycan öz mədəniyyətinə, iqtisadiyyatına qovuşub".

Türkiyənin əmək və sosial müdafiə naziri Murad Başeskioğlu, professor Musa Qasımlı və digər natiqlər çıxışlarında erməni işğalçılarının 1918-ci ildə Azərbaycanda apardıqları soyqırımın acı nəticələrindən və Türkiyənin xilaskar ordusunun bu dar gündə Azərbaycana dost əli uzatmasından bəhs ediblər.

Xəbər lenti

Xəbər lenti