...

NATO PA-nın noyabrda Kanadada keçiriləcək növbəti toplantısında Cənubi Qafqazdakı münaqişələrlə bağlı məruzə müzakirə olunacaq

Siyasət Materials 21 Sentyabr 2006 11:54 (UTC +04:00)

NATO Parlament Assambleyasının noyabrda Kanadada keçiriləcək növbəti toplantısında Cənubi Qafqazdakı münaqişələrlə bağlı Frenk Kukun məruzəsi müzakirə olunacaq. Trend xəbər verir ki, bu barədə Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev qeyd edib ki, onun tərəfindən bir neçə dəfə Dağlıq Qarabağ məsələsi NATO PA-nın iclaslarında gündəmə gətirilib. Millət vəkili bildirib ki, Frenk Kuk oktyabrda Azərbaycana gələcək: "Məruzəçi deyəsən, Ermənistan və Gürcüstanda olub. Cənubi Qafqazda münaqişələrlə bağlı hazırlayacağı məruzəsinin davamını Bakıda yekunlaşdıracaq", - deyə o, sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti