2007-ci ildə DİN-in Bakı, Abşeron, Sumqayıt, Şəki və Əlibayramlı polis idarələrinin şəxsi heyəti yeni geyimlə təmin olunacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın daxili işlər naziri general polkovnik Ramil Usubov məlumat verib.
Nazir qeyd edib ki, polisin yeni geyiminin hazırlanmasına 6 milyon manat vəsait ayrılıb. "Qeyd olunan polis idarələri əmədkaşları yeni geyimlə tam təmin olunduqdan sonra - yəni 2008-ci il ərzində bütün şəxsi heyət geyimlə təmin olunacaq" - deyə nazir vurğulayıb.