...

Ayva Rozenberqa: Azərbaycan prezidentinin Latviyaya səfəri zamanı bir sıra müqavilənin imzalanması planlaşdırılır

Siyasət Materials 28 Sentyabr 2006 13:13 (UTC +04:00)

Oktyabrın 3-4-də Azərbaycan prezidenti İlham Əliyev Latviyada rəsmi səfərdə olacaq. Trend in BNS-ə istinadən xəbər verdiyi kimi, bu barədə

Latviya prezidentinin mətbuat katibi Ayva Rozenberqa (Aiva Rozenberga) məlumat verib.

İlham Əliyev Latviyaya bu ölkənin prezidenti Vayra Vike-Freyberqanın (Iaira Iike-Freiberga) dəvəti ilə səfər edəcək. Səfər çərçivəsində hər iki ölkə arasında bir sıra müqavilənin imzalanması planlaşdırılır. Səfər zamanı Riqada azərbaycanlı sahibkarların iştirakı ilə biznes-forum keçiriləcək.

Azərbaycan Latviyanın müstəqilliyini 1991-ci il avqustun 30-da, Latviya isə Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb. Hər iki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulub.

Xəbər lenti

Xəbər lenti