...

İlham Əliyev ABŞ-Azərbaycan Ticarət Palatası həmsədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 3 Oktyabr 2006 14:18 (UTC +04:00)

Oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri Ceyms Beykerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Bakıda təşkil olunmuş telekommunikasiya və informasiya texnologiyaları üzrə XII beynəlxalq sərginin keçirilmə səviyyəsindən məmnunluq ifadə edib. O qeyd edib ki, Azərbaycan İKT sahəsinə xüsusi diqqət yetirir və ölkə bu sahədə inkişafın yeni mərhələsindədir.

Qonaq göstərilən dəstəyə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib və telekommunikasiya və informasiya texnologiyaları üzrə XII beynəlxalq sərginin xüsusi əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti