...

German Qref: Azərbaycan və Rusiya arasında cəlbedici dövlətlərarası münasibətlər mövcuddur

Siyasət Materials 6 Oktyabr 2006 13:24 (UTC +04:00)

Rusiyanın iqtisadi inkişaf və ticarət nazirinin Bakı səfərinin başlıca məqsədi - Azərbaycan və RF arasında cəlbedici dövlətlərarası münasibətlər olduğundan ölkələr arasında mütəmadi sistematik qarşılıqlı münasibətlərin qurulmasıdır.

"Qarşımızda duran məqsəd - iqtisadi münasibətlərin qurulmasıdır, çünki bizim iqtisadiyyatımız bir çox məsələlərdə oxşardır. Həmçinin iqtisadi islahatlar sahəsində təcrübə mübadiləsi etmək niyyətindəyik", - deyə German Qref bildirib. Bu barədə Trend xəbər verir.

Onun sözlərinə görə, Azərbaycanda yaranmış münasibətlə şəxsən tanışlıq investisiya sahəsində qarşılıqlı münasibətləri stimullaşdırır.

"Biz birgə investisiya layihələrini müzakirə edəcəyik", - deyə o bildirib.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Heydər Babayev bildirib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq üzrə məsələləri qiymətləndirmək imkanı var.

"Məqsədimiz və hətta borcumuz - iki ölkə başçısının qoyduqları məqsədlərə çatmaqdır", - deyə o bildirib.

G.Qref bildirib ki, Azərbaycan investisiya iqlimi çox yaxşı nümayiş olunur.

"Biz sizi ən iri investisiya fondlarının təqdim olunduğu 2 ən böyük sərgiyə dəvət edirik. Növbəti səfərə biz daha yaxşı hazırlaşmağa çalışacağıq", - G.Qref bildirib.

Xəbər lenti

Xəbər lenti