...

Bələdiyyə seçkilərinin yekun nəticələri noyabrın 5-ə qədər elan olunacaq

Siyasət Materials 7 Oktyabr 2006 12:02 (UTC +04:00)

Oktyabrın 6-da keçirilən bələdiyyə seçkiləri noyabrın 5-ə qədər təsdiqlənəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçki Məcəlləsinin 239-cu maddəsinə görə, səsvermə günündən başlayaraq 20 gün müddətində MSK protokolları yoxlamalı və bu posesi başa çatdırmalıdır. Səsvermə günündən başlayaraq ən geci 30 gün müddətində isə yekun nəticələri elan etməlidir. Buna görə də 6 oktyabrda 603 bələdiyyə üzrə keçirilmiş təkrar, əlavə, yeni və ilk seçkilərinin yekun nəticələri noyabrın 5-ə qədər elan olunmalıdır.

Xəbər lenti

Xəbər lenti