...

Bələdiyyə seçkilərinin ilkin nəticələri elan edilib

Siyasət Materials 9 Oktyabr 2006 12:28 (UTC +04:00)

6 oktyabrda keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri artıq məlumdur. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

603 bələdiyyəyə keçirilmiş təkrar, əlavə, yeni və ilk seçkilərinin nəticələri MSK-da lövhələrdən asılıb. Nəticələr MSK-nın ientenet səhifəsində də yerləşdirilib.

Hazırda MSK-da 82 seçki dairəsinin protokllarının yoxlanmasına başlanılıb. Səsvermə başa çatdıqdan sonra ən geci 20 gün ərzində protoklların yoxlanılması başa çatdırılmalıdır. Ən geci 30 gün müddətində isə yekun nəticələr rəsmən təsdiqlənməlidir.

Xəbər lenti

Xəbər lenti