...

Rusiya Qəbələ RLS-i müasirləşdirmək niyyətindədir

Siyasət Materials 9 Oktyabr 2006 13:48 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyinin kosmik qoşunları xaricdəki köhnə radiolokasiya stansiyalarını dəyişmək niyyətindədirlər. Trend xəbər verir ki, bu barədə RF MN Kosmik qoşunları komandanı general-polkovnik Vladimir Popovkin məlumat verib.

O bildirib ki, Kosmik qoşunların Raket hücumu haqqında xəbərdarlıq sistemi (RHXS) bu il hədiyyə alır - Leninqrad vilayətində "Voronej-M" yeni radiolokasiya stansiyanın yaradılması başa çatır və sınaqlar keçirilir. Bu tipli stansiyalar yaxşılaşdırılmış xüsusiyyətlərə malikdir və eyni vaxtda onların açılması, dəstəklənməsi və tətbiqi üçün vaxtın və resursların xeyli azaldılmasını təmin edir. V.Popovkin əlavə edib ki, ilin sonunadək biz stansiyanı təcrübi-hərbi, 2007-ci ildə isə - hərbi növbətçiliyə qoymağı planlaşdırırıq.

İlk növbədə, Azərbaycan, Ukrayna, Qazaxıstan və Belorusiyada köhnə stansiyalar dəyişdiriləcək. "Prioritet strateji istiqamət - cənub istiqamətidir. Bu cür şəbəkənin yaradılması SSRİ-nin dağılması nəticəsində yaranmış RHXS-in periferiy radiolokasiya sahəsinin dəstəklənməsi sahəsində başlıca problemləri aradan qaldırmaqdır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti