...

Bələdiyyə seçkilərinin yekun nəticələri MSK tərəfindən təsdiqlənəcək

Siyasət Materials 10 Oktyabr 2006 13:00 (UTC +04:00)

6 oktyabrda keçirilmiş bələdiyyə seçkilərinin yekun nəticələri səsvermə günündən sonra ən geci 30 gün ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunacaq. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Nəticələrin təsdiqlənməsi üçün protokollar Konstitusiya Məhkəməsinə göndərilməyəcək. Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, prezident, parlament seçkilərinin və referendumun yekun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilir və bu, son qərar olduğundan təsdiqlənən nəticələr dəyişdirilə bilməz. Lakin bələdiyyə seçkilərində dairə seçki komissiyalarının protokollarına MSK-da baxılır və komissiya tərəfindən də təsdiqlənir.

Xəbər lenti

Xəbər lenti