...

Bakıda "BakuBild-2006" Beynəlxalq Azərbaycan Sərgisi öz işinə başlayıb

Siyasət Materials 11 Oktyabr 2006 15:00 (UTC +04:00)
Bakıda "BakuBild-2006" Beynəlxalq Azərbaycan Sərgisi öz işinə başlayıb

Bu gün Bakıda ən iri "BakuBuild-2006" Beynəlxalq Azərbaycan İnşaat Sərgisinin açılış mərasimi olub. Trend in xəbər verdiyi kimi, açılış mərasimində Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, "ITE Group" şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə baş direktoru Eduard Stroon, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Fərman Seyidov və başqaları iştirak ediblər.

Palata başçısı bu gün ölkədə tikinti sahəsində müşahidə olunan böyük inkişaf tempini və onun iqtisadiyyatda bütün sahələrin inkişafı və genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

E. Stroon, oz növbəsində, bildirib ki, sərgidə 20 ölkədən 220 şirkət iştirak edir ki, bu da keçən il keçirilmiş sərgi ilə müqayisədə 35% çoxdur.

"Bu dəfə sərginin ekspozisiyaları əhəmiyyətli dərəcədə böyüyüb. Bu, müxtəlif şirkətlərin tikinti sahəsinə artan marağınını bir daha təsdiq edir", - deyə o vurğulayıb.

Mərasimdə çıxış edən NMR iqtisadi inkişaf naziri isə qeyd edib ki, Naxçıvan şirkətlərinin də sərgidə iştirakı çox sevindirici haldır.

Sərgi oktyabrın 15-dək Heydər Əliyev adına İdman-Sərgi Kompleksində keçiriləcək.

Sərgidə iştirak edən şirkətlərin 40%-ə yaxını ilk dəfədir ki, Azərbaycan bazarına daxil olur. Fransanın, Sloveniyanın və Koreyanın məhsulları, ilk dəfədir ki, nümayiş olunur.

Rusiya, Ukrayna, Belorusiya və Qazaxıstan Azərbaycana daha böyük maraq göstərirlər. Türkiyənin 40 şirkəti öz məhsul və xidmətlərini nümayiş etdirəcəklər. Sərginin 65%-ə yaxın sahəsini isə yerli şirkətlər tutacaqlar. Bu il onlar öz ekspoziya sahələrini nəzərəçarpacaq dərəcədə böyüdüblər. Keçən illə müqayisədə bu il yerli şirkətlərin iştirakı 30% artıb.

Dörd gün ərzində sərgidə tikinti və naxış materialları, avadanlıqlar, pəncərə və qapılar, keramika və santexnika, sauna və hovuzlar və s. nümayiş olunacaq.

Sərginin təşkilatçıları Britaniyanın "ITE Group" şirkəti və onun Qafqazdakı tərəfdaşı - "ITE Group plc" şirkətidir. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhəri İcra Hakimiyyəti, Ticarət və Sənaye Palatası və s. tərəfindən isə sərginin keçirilməsinə rəsmi dəstək verilir.

Həmçinin, bu müddət ərzində Dördüncü Azərbaycan Mebel, İnteryer və Dizayn Sərgisi, eləcə də Birinci Azərbaycan Daşınmaz Əmlak Sərgisi keçirilir.

Xəbər lenti

Xəbər lenti