...

Spikerin başçılığı ilə nümayəndə heyəti GUAM PA-nın III iclasında iştirak edəcək

Siyasət Materials 14 Oktyabr 2006 11:29 (UTC +04:00)

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti GUAM Parlament Assambleyasının növbəti III iclasında iştirak etmək üçün oktyabrın 14-15-də Kişinyovda səfərdə olacaq. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Elman Məmmədov, Rüfət Quliyev, Elton Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

GUAM Parlament Assambleyasının iclasında təşkilati məsələlərlə yanaşı, quruma üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, dondurulmuş münaqişələrin həlli üçün beynəlxalq birliyin və quruma üzv dövlətlərin səylərinin artırılması, birgə layihələrin qanunvericilik bazasının təmin edilməsi üçün parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər müzakirə olunacaq.

Tədbirdə Oqtay Əsədovun çıxışı və burada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti