...

Dağlıq Qarabağın Azərbaycan icmasının başçısı: Bu günə qədər erməni lobbisi dünyaya heç bir insani və sülhməramlı dəyərlər verməyib

Siyasət Materials 16 Oktyabr 2006 12:58 (UTC +04:00)
Dağlıq Qarabağın Azərbaycan icmasının başçısı: Bu günə qədər erməni lobbisi dünyaya heç bir insani və sülhməramlı dəyərlər verməyib

Bu günə qədər erməni lobbisi dünyaya heç bir sülhməramlı niyyətlər verməyib. Tarix ərzində erməni xalqının və lobbisinin məramı və fəaliyyəti insanların qətli, terror və diversiya üzərində qurulub. Bu barədə Trend ə Şuşa icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənov məlumat verib.

O qeyd edib ki, Fransa parlamentinin "erməni soyqırımı"nı inkar edən şəxslərin cəzalandırılması haqqında qanunu qəbul etməsində erməni lobbisinin də payı var. N.Bəhmənovun sözlərinə görə, erməni lobbisi unudur ki, ermənilər hər zaman böyük derjavaların əlində alət olublar. "Yalnız Fransa üçün deyil, həm də ermənilərin yaşadığı bütün ölkələrdə onlar alət olub və onlardan hər zaman istifadə edilib. Erməni lobbisi dövlətləri bir-birinə qarşı qoyan provokasiya ilə məşğuldur. Bu günə qədər erməni lobbisi dünyaya heç bir insani və sülhməramlı dəyərlər verməyib", - deyə N.Bəhmənov vurğulayıb.

O əlavə edib ki, erməni terroru 1895-ci ildə başlanmayıb. Erməni terroru hay tayfasının Balkandan Van gölü ərazisinə köçdüyü andan başlayıb. "Ermənilərin gəlişindən sonra yerli sakinlərdən heç kim sağ qalmayıb. Yerli əhalinin məhv edilməsi və onların ərazisinin mənimsənilməsi ənənəsi ermənilərə xasdır və bu, tarix boyu davam edir. Tarixdən məlumdur ki, İrəvan xanlığının adı Şah İsmayıl Xətainin vəziri Rəvan xanın adı ilə bağlıdır. Vaxt keçdikcə bu ad dəyişikliklərə məruz qalaraq İrəvan, sonra isə Yerevan olub", - deyə o qeyd edib.

N.Bəhmənovun fikrincə, erməni lobbisinin yüzillik təşkil və formalaşma prosesi yalnız digər ölkələrin ərazisində diversiya, terror aktları törədilməsinə, vətəndaşların qarşıdurmasına və erməni maraqlarının xeyrinə olan separatçılığın yaranmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti