...

XİN başçısı: Avropa və Avratlantik strukturlarla münasibətlərin inkişafı Azərbaycanın milli maraqlarına cavab verir

Siyasət Materials 16 Oktyabr 2006 20:50 (UTC +04:00)

Avropa və Avratlantik strukturlarla münasibətlərin inkişafı Azərbaycanın milli maraqlarına cavab verir. Trend in xəbər verdiyi kimi, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 16-da Bakıda NATO Parlament Assambleyası Təhlükəsizlik və Müdafiə üzrə Komitəsinin Gələcək Müdafiə və Təhlükəsizlik İmkanları üzrə Alt Komitəsinin nümayəndə heyətini qəbul edərkən bildirib.

Azərbaycan XİN mətbuat mərkəzindən verilən məlumata görə, E. Məmmədyarov bildirib ki, Avropa və Avratlantik strukturlara inteqrasiya məsələləri Azərbaycanın xarici siyasət kursunun priroritet istiqamətləridir. Nazir Azərbaycanda sosial-iqtisadi inkişaf, Cənubi Qafqazda həyata keçirilən layihələrin çoğrafiyasının genişlənməsi və onların region ölkələr üçün əhəmiyyətindən danışıb. Bununla yanaşı, o, regionda daim təhlükə mənbəyi olan dondurulmuş silahlı münaqişələrin olduğunu qeyd edib. Bu zaman, E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları və prinsipləri və Azərbaycan Konstitusiyası əsasında həllinin mümkünlüyünü vurğulayıb.

Alt Komitənin başçısı Vahid Ərdəm isə bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, eləcə də regionda təhlükəsizliyin təmin olunması həm Azərbaycan, həm də NATO üçün mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanın Avropaya inteqrasiyasını və qarşılıqlı əməkdaşlıq baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti