...

MDB-nin 10 ölkəsinin sərhəd idarələrinin rəhbərləri Bişkekdə narkotrafik və bioehtiyatların qanunsuz istehsalına əks təsir məsələlərini müzakirə edirlər

Siyasət Materials 19 Oktyabr 2006 13:27 (UTC +04:00)

Bu gün Qırğızıstanın paytaxtında MDB-nin iştirakçı-dövlətlərinin Sərhəd qoşunları komandanları şurasının /SQKŞ/ 56-cı toplantısı açıq elan olunub. Bu toplantının işində MDB-nin on ölkəsinin sərhəd idarələrinin rəhbərləri iştirak edir, Gürcüstan və Türkmənistan nümayəndələri isə iştirak etmir. Toplantıda sərhəd idarələrinin rəhbərləri MDB ölkələrinin hazırki sərhədlərində vəziyyət haqqında informasiya mübadiləsi aparacaq, Əfqanıstandan narkotrafikə müqavimət, silah dövriyyəsi və qanunsuz mühacirlərin gəlməsi üzrə xüsusi sərhəd əməliyyatlarını yekunlaşdıracaqlar.

Toplantının gündəliyinin başlıca məsələlərindən biri - Xəzər və Qara dəniz akvatoriyalarında brakonyer fəaliyyətinin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasıdır. Bu barədə Trend xəbər verir.

"Həmçinin sərhəd idarələrinin rəhbərləri Sərhəd qoşunları komandanları şurası haqqında Əsasnamədə əlavə və dəyişikliklərin edilməsi üzrə təklifləri müzakirə edəcəklər. Bu onunla əlaqədardır ki, son vaxtlar MDB-nin bir sıra ölkələrinin sərhəd idarələrinin strukturu dəyişilib, onların bir hissəsi digər qurumların tabeçiliyinə keçib. Ona görə də, bu məsələləri Şura haqqında Əsasnamədə əks etdirmək lazımdır", - deyə İTAR-TASS-ın müxbiri ilə söhbət zamanı SQKŞ rəhbəri general-leytenant Aleksandr Manilov məlumat verib.

Xəbər lenti

Xəbər lenti