...

Gəncə Dövlət Kukla Teatrının 20 illik yubileyi qeyd olunacaq

Siyasət Materials 19 Oktyabr 2006 17:53 (UTC +04:00)

Gəncə Dövlət Kukla Teatrının 20 illik yubileyi qeyd olunacaq. Bu barədə Trend ə teatrın rejissoru Fərmail Paşayev məlumat verib. Onun sözlərinə görə yubiley tədbiri şəhər miqyasında noyabrın 20-də qeyd olunacaq. Müsahib bildirir ki, 20 il bundan əvvəl məhz bu gün teatr dövlət statusu alıb. Hal-hazırda teatrda 8 aktyor, 2 rejissor və 2 rəssam çalışır. Onlardan bir nəfəri prezident təqaüdcüsü, bir nəfəri isə əməkdar artistdir.

F. Paşayev bildirir ki, yubiley münasibəti ilə teatrın həyətində çöl səhnəsi tikilir. Və yubiley mərasimində onun açılış mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti