...

Millət vəkilləri mediada yaranmış vəziyyəti müzakirə ediblər

Siyasət Materials 20 Oktyabr 2006 18:35 (UTC +04:00)

Milli Məclisin oktyabrın 20-də keçirilən növbəti iclasında media-məmur məsələləri və mediada yaranmış vəziyyət müzakirə olunub. Trend xəbər verir ki, bu məsələni daha çox müxalifətdən olan millət vəkilləri gündəmə gətiriblər.

Öncə millət vəkili Cəmil Həsənli media-məmur məsələsinin problemə çevrildiyini qeyd edib. O, ANS şirkətlər qrupu və "Azadlıq" qəzetinin yerləşdiyi binanın əlindən alınması məsələlərinə toxunub. Nəsib Nəsibli də həmkarının fikirlərini dəstəkləyib. Millət vəkili Bəxtiyar Əliyev isə müzakirə obyekti olan məsələ ilə bağlı konkret münasibət bildirməsə də, Azərbaycanda mətbuat və söz azadlığının tam təmin olunduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Azərbaycanda mətbuat və söz azadlığının təmin olunduğunu, amma mediada tanınmış insanların, ziyalıların hüquqlarının tapdandığını bildirib. S.Novurzov mətbuatla bağlı hər hansı bir məsələnin hüquqi çərçivədə həll olunması təklifi ilə çıxış edib. "Azadlıq" qəzetinə gəlincə, o, qəzetin öz borcunu ödəmədiyni söyləyib.

Ümid Partiyasının sədri İqbal Ağazadə də çıxışını əsasən mətbuata edilən təzyiqlərə həsr edib. Millət vəkili ANS-in üzərinə basqı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti