...

Qərb regionunda bu il 13 600 yeni iş yeri açılıb

Siyasət Materials 20 Oktyabr 2006 19:04 (UTC +04:00)

Qərb regionunuda bu il 13 600 yeni iş yeri açılıb. Bu barədə məlumatı Trendə İqtisadi İnkişaf Nazirliynin Gəncə-Qazax regional şöbəsinin müdiri Azər Muradov verib.

Onun sözlərinə görə, yaradılan iş yerlərindən 7 500-ü daimidir. Müsahib qeyd edib ki, bu il Regionların Sosial İqtisadi İnkişaf proqramına əsasən, son iki il ərzində regionda açılan iş yerlərinin sayı proqnozlaşdırılandan çox olub. Belə ki, 2004-2006 cı illər üzrə 45 400 yeni iş yerəlrinin yaradılması planlaşdırılsa da, artıq bu rəqəm təxminən 51 100-ə çatıb. Bu ilin 9 ayı ərzində Gəncə şəhərində 2100-ə qədər şəhər sakini işlə təmin olunub. Dövlət proqramına əsasən, Gəncədə iş yerlərinin sayı ilkin praqnoza görə 4300-ə çatdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti