...

ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcək

Siyasət Materials 25 Oktyabr 2006 11:43 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər edəcək

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının Brüsseldə görüşündən sonra yenidən regiona səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

O qeyd edib ki, Elmar Məmmədyarov və Vardan Oskanyanın ATƏT MQ həmsədrlərinin də iştirak etdiyi Paris görüşü 5 saat davam edib. Görüş başa çatdıqdan sonra nazirlər protokola əsasən, Fransa XİN başçısı Filipp Düst-Blazi ilə şəkil çəkdirib.

Danışıqların əsasında həmsədrlərin Moskva görüşündə təqdim etdiyi yeni yanaşmalar durub. Hər iki tərəf öz mövqeyini bildirib. Bu mövqeləri yaxınlaşdırmaq və sülh prosesinin inkişafını davam etdirmək məqsədilə növbəti görüşün noyabrın 14-də Brüsseldə keçirilməsi qərara alınıb.

T.Tağızadə qeyd edib ki, Brüssel görüşündən sonra həmsədrlər regiona səfər edəcək.

Xəbər lenti

Xəbər lenti