...

Bələdiyyə seçkiləri ilə bağlı MSK–ya daxil olmuş müraciətlərlə bağlı yekun qərar çıxarılıb

Siyasət Materials 25 Oktyabr 2006 17:27 (UTC +04:00)

Oktyabrın 25-də MSK-nın 6 oktyabr bələdiyyə seçkiləri ilə bağlı son iclası keçirilib. Trendin məlumatına görə, iclasda bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyaya daxil olmuş müraciətlərin araşdırılmasının yekunları barədə məlumat verilib.

64 saylı Sabirabad seçki dairəsinin Muğanqəncəli kənd bələdiyyəsindən bir neçə namizədin şikayəti təmin edilməyib. 13 saylı Əzizbəyov seçki dairəsinin Buzovna kənd bələdiyyəsindən verilən şikayət araşdırılıb və dairə seçki komissiyasının qərarı ləğv olunub. 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsinin Uzunboya və Məliklər bələdiyyələrindən olan namizədlərin şikayətləri təmin edilib. 59 saylı Salyan dairəsinin Dulusçular bəldiyyəsindən verilən şikayət təmin edilməyib. MSK sədri Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkiləri ilə bağlı MSK-ya 19 məsələni əhatə edən 28 müraciət daxil olub.

Xəbər lenti

Xəbər lenti