...

AŞPA həmməruzəçiləri Ardres Herkel və Toni Lloyd Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüblər

Siyasət Materials 30 Oktyabr 2006 13:46 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ardres Herkel və Toni Lloyd oktyabrın 30-da qeyri-hökumət təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri ilə görüşüblər. Trend in məlumatına görə, Avropa Şurasının Bakıdakı İnformasiya ofisində baş tutan görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Zərdüşt Əlizadə, Arzu Abdullayeva və digərləri iştirak ediblər.

Zərdüşt Əlizadə jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə ölkədə demokratiyanın, insan haqlarının durumu barədə müzakirələr aparılıb.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı Trend ə açıqlamalarında bildiriblər ki, siyasi məhbus problemi, söz və mətbuat azadlığının durumu barədə AŞPA həmməruzəçilərinə məlumat verilib.

Səidə Qocamanlı bildirib ki, həbsdə olan "Yeni fikir" təşkilatnın rəhbərləri və satirik jurnalist Mirzə Sakit barədə danışılıb. Məhbuslardan 5 nəfərin ağır xəstə olduğunu söyləyib, onlar haqqında həkim rəyini təqdim ediblər. S.Qocamanlı onu da bildirib ki, görüşdə həbs olunmuş keçmiş nazirlərin məsələsinə də toxunulub, onların da səhhətində problemlər olduğunu deyiblər.

Xəbər lenti

Xəbər lenti