Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov noyabrın 1-də Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Azərbaycanda səfərdə olan nümayəndələri Merjin Hartoq və Erik Sporteli qəbul edib. Trend xəbər verir ki, vitse-spiker Azərbaycanın Avropaatlantik məkana inteqrasiyada maraqlı olduğunu bildirib. Z.Əsgərov Azərbaycan-NATO münasibətləri barədə də söz açıb. Bildirib ki, Azərbaycan NATO-nun təşkil etdiyi tədbirlərdə iştirakına görə Cənubi Qafqaz ölkələrini qabaqlayıb.
Vitse-spiker Dağlıq Qarabağ problemi və Ermənistanın işğalçı siyasəti ilə bağlı da qonaqlara məlumat verib. Bildirib ki, Ermənistan BMT-nin məlum qətnamələrini yerinə yetirməkdən boyun qaçırır. Z.Əsgərov bu məsələnin NATO Parlament Assambleyasının Kanadada keçiriləcək payız sessiyasında müzakirə ediləcəyini də bildirib.
Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin nümayəndəsi Merjin Hartoq isə Azərbaycanda bir sıra treninqlər keçirəcəklərini deyib.