...

Ukrayna və Azərbaycan əməkdaşlıq planını imzalayıb

Siyasət Materials 23 Noyabr 2006 18:24 (UTC +04:00)

Trend-i buradan izləyin

Noyabrın 23-də Brestdə 2007-ci il üçün Ukrayna və Azərbaycanın hərbi idarələri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb. Trend UNİAN-a istinadən məlumat verir ki, sənədi Brestdə Ukrayna və Azərbaycanın müdafiə nazirləri Anatoli Qritsenko və Səfər Əbiyev MDB-yə üzv dövlətlərin müdafiə nazirləri Şurasının iclasının başlamasından əvvəl imzalayıblar.

Bu sənədlə 6 birgə tədbirin keçirilməsi nəzərdə tutulur ki (hər ölkə üçün 3), onların arasında Ukrayna müdafiə nazirinin Bakıya və Azərbaycan SQ-nin Baş Qərərgahı rəisinin Kiyevə səfərləri də var. Eyni zamanda, aviasiya heyətinin və terrorizmlə mübarizədə aviasiyadan istifadə edə biləcək mütəxəssislərin hazırlanması üçün Beynəlxalq mərkəzin yaradılması üzrə işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bundan əlavə, plan beynəlxalq sülhməramlı təlimlərin hazırlanması üzrə planlaşdırılan konfranslarda iştirak etməyi və hərbi təhsil sferasında təcrübə mübadiləsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti