...

MDB-nin növbəti sammitində başlıca məsələ Birliyin dəyişdirilməsi mövzusu olacaq

Siyasət Materials 25 Noyabr 2006 14:27 (UTC +04:00)

MDB dövlət başçılarının növbəti sammiti gündəliyinin layihəsi 21 məsələdən ibarətdir. Bu barədə Trend MDB-nin İcraiyyə Komitəsinə istinadən məlumat verir.

Birliyin dövlət başçıları Şurasının iclası noyabrın 28-də Belarusun paytaxtı Minskdə keçiriləcək. Dövlət başçılarının müzakirəsinə 8 sənəd layihəsi təqdim olunacaq, qalanlarının isə müzakirəsiz imzalanması nəzərdə tutulur, belə ki bəziləri artıq razılaşdırılıb, bir sıra layihələrin isə XİNŞ-ın iclasında razılaşdırılması ehtimal olunur.

Prioritet məsələlər MDB dövlətləri rəhbərlərinin Kazan sammitində qəbul etdikləri qərarların praktiki reallaşdırılması ilə bağlıdır.

Şübhəsiz, başlıca mövzu Birliyin dəyişdirilməsi ilə bağlı olacaq. Müstəqil Dövlətlər Birliyinin səmərəliliyinin artırılması məsələləri üzrə yüksək səviyyəli Qrupun Məruzəsinin və Qazaxıstan Respublikasının təklif etdiyi MDB -nin dəyişdirilməsi proqramının layihəsinə baxılması haqqında onun İnformasiyasının müzakirə edilməsi nəzərdə tutulub. Həmçinin Birliyin iştirakçı-dövlətlərinin humanitar əməkdaşlığı üzrə Şura haqqında Sazişin, 6 iyul 1992-ci il tarixli MDB İqtisadi Məhkəməsinin statusu haqqında Sazişdə əlavə və dəyişiklərin edilməsi haqqında Protokol layihəsinin, Antiterror mərkəzi və Sərhəd qoşunları komandanları şurası haqqında əsasnamələrə əlavələrin edilməsinin müzakirə ediləcəyi ehtimal olunur.

MDB iştirakçı-dövlətlərinin başçıları tərəfindən vahid metodoloji əsasda MDB ölkələrində 2010-cu il raundunda əhalinin siyahıya alınması haqqında qərar qəbul olunub. Birliyin dövlət başçıları şurasının növbəti toplantısının keçiriləcəyi yer və vaxt ilə bağlı məsələlərin, bəzi kadr məsələlərinin, eləcə də MDB fəaliyyətinin digər aspektlərinin nəzərdən keçiriləcəyi güman edilir.

Xəbər lenti

Xəbər lenti