...

Gəncə şəhər Elektrik şəbəkəsi Polis İdarəsi ilə birgə reyd keçirir

Siyasət Materials 27 Noyabr 2006 15:17 (UTC +04:00)

Gəncə şəhər Elektrik şəbəkəsi şəhər Polis İdarəsi ilə birgə reydlərini davam etdirəcək. Bu barədə məlumatı Trendə şəhər Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayev verib. Onun sözlərinə görə, belə reydlərin keçiriləmsində məqsəd sayğaca müdaxilə hallarının qarşısını almaq və qanunsuz çəkilən edektrik xətlərini ləğv etməkdən ibarətdir.

Müsahibin sözlərinə görə, bu günə kimi keçirilən reydlər zamanı 2 mindən çox cərimə aktı tərtib edilib ki, onların da əksəriyyəti sayğaca müdaxilə və sayğacdan kənar elektrik enerjisindən istifadə etməklə bağlıdır. "Bizim işçilərimiz işlərinin öhdəsindən lazımınca gəlirlər. Lakin bəzən elə yerlər olur ki, abonentlər əməkdaşlarımızı təhqir edir, hətta zor işlədirlər. Məhz buna görə də biz məcbur olub reydlərimizə polis əməkdaşlarını da cəlb etmişik" - deyə Ə. Musayev qeyd etdi.

İdarə rəisinin sözlərinə görə, artıq bir neçə gündür ki, gecə saatlarında şəhərin Bağmanlar, Qırmızıkənd, Totanlı, "Asfaltzavod" ərazilərində enerjinin verilişində fasilələr yaranır. Bunun da səbəbi bu ərazilərdə 40-50 % enerji itkisinin olmasıdır.

Xəbər lenti

Xəbər lenti