...

Ana Vətən Partiyasının növbəti qurultayı 2008-ci ildə keçiriləcək

Siyasət Materials 29 Noyabr 2006 15:20 (UTC +04:00)

İqtitaryönlü Ana Vətən Partiyasının (AVP) sədri yeni müavin və mətbuat xidmətinin rəhbəri təyin edib. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili Fəazil Ağamalı məlumat verib.

Qeyri-hökumət təşkilatları, gənclər və qadınlarla iş üzrə sədr müavini Yaqut Əliyeva dekabrın 1-dən fəaliyyətə başlayacaq. Partiya sədrinin humanitar məsələlər üzrə müavini postu isə vakant saxlanılıb. F.Ağamalının sözlərinə görə, yaxın zamanlarda şöbə müdirlərindən biri humanitar məsələlər üzrə müavin təyin olunacaq.

F.Ağamalı onu da deyib ki, 2008-ci ildə AVP-nin növbəti qurultayı keçiriləcək. Onun sözlərinə görə, Nizamnaməyə görə AVP-nin qurultayı 5 ildən bir keçirilir. Qurultayın hər dəfə ölkədə keçirilən prezident seçkiləri ilə eyni vaxta düşməsinin isə F.Ağamalı sırf təsadüf olduğunu deyib. 2008-ci ildə də partiyanın qurultayı seçkidən əvvəl keçiriləcək və bu seçkilərlə bağlı öz qərarını elan edəcək.

Xəbər lenti

Xəbər lenti