...

3-cü çağırış Milli Məclisin bir illik fəaliyyəti haqda hesabat verilib

Siyasət Materials 1 Dekabr 2006 13:12 (UTC +04:00)

Dekabrın 1-də parlamentdə 3-cü çağırış Milli Məclisin bir illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Trend in məlumatına görə, MM-in vitse-spikeri Bahar Muradova geniş məruzə ilə çıxış edib, parlamentin komissiya sədrləri sualları cavablandırıblar.

Bahar Muradova 3-cü çağırış Milli Məclisin ilk iclasında prezident İlham Əliyevin iştirakını, onun verdiyi tövsiyələri xatırladıb, parlament-prezident münasibtlərinin yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Vitse-spiker parlamentin son bir ildə müxtəlif qanunlara dair ümumilikdə 186 qərar qəbul etdiyini deyib. O, parlamentin beynəlxalq əlaqələrinin genişlənməsinə toxunaraq MM rəhbərliyinin 100-ə yaxın nümayəndə heyətini qəbul etdiyini, bir çox ölkələrin parlamentlərindəki dostluq qrupları ilə qarşılıqlı səfərlər edildiyini, Türkiyə, Litva, Rumıniya, Ukrayna, Koreya prezidentlərinin parlamentəki görüşlərini xatırladıb. Milli Məclis rəhbərliyinin Sankt-Peterburq, Tallin, Riqa, Kiyev, Kişinyov və digər şəhərlərə rəsmi səfərlərini yada salıb. B.Muradova parlamentdə qanun yaradıcılığı prosesi barədə də danışıb. Həmçinin parlamentin bir sıra bəyanatlar verdiyini vurğulayıb. Onun sözlərinə görə, millət vəkilləri də nöqsanlarını azaldıb, seçicilərilə tez-tez görüşür, bölgələrə səfərlər edirlər.

Xəbər lenti

Xəbər lenti