...

Dövlət Neft Şirkətinin başçısı: Rusiya Azərbaycanı lazımi qaz həcmləri ilə təmin edə bilmir

Siyasət Materials 4 Dekabr 2006 18:20 (UTC +04:00)
Dövlət Neft Şirkətinin başçısı: Rusiya Azərbaycanı lazımi qaz həcmləri ilə təmin edə bilmir

Azərbaycan 2007-ci ildə Rusiyadan təxminən 3 mlrd. m3 təbii qaz almaq istəyir, lakin RF-də ölkəyə ixrac etmək üçün bu həcmdə qaz yoxdur. Trend xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) başçısı Rövnəq Abdullayev məlumat verib.

Qeyd edək ki, "Qazprom" Azərbaycana 1,5 mlrd. m3 qaz ixrac edə biləcəyini bildirib.

Onun sözlərinə görə, 2007-ci ildə Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini davam etdirəcək.

"Hazırda ixrac həcmləri dəqiqləşdirilir. Onlar Bakı NEZ-lərə emal üçün verilən neft həcmindən və elektrik stansiyalarında istifadə edilmək üçün istehsal edilən mazut həcmindən asılı olacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti