...

Ukrayna və Azərbaycan hərbi-texniki sahədə əməkdaşlıq barədə razılığa gəliblər

Siyasət Materials 26 Dekabr 2006 19:45 (UTC +04:00)

Azərbaycan və Ukrayna höküməti hərbi-texniki əməkdaşlığın genişlənməsi barədə plan nəzərdə tutur. Bu barədə Trend xəbər verir.

Bakıda birgünlk səfərdə olan Ukraynanın baş naziri Viktor Yanukoviçin verdiyi məlumata görə, Azərbaycanın hərbi qüvvələrində T-64 Ukrayna tankları var, onların modernləşməsi Azərbaycan ordusu üçün çox vacibdir.

"Bizim bu tankları müasir parametrlərə cavab verən zirehli texnika kimi modernləşdirmək imkanımız var. Biz bunu qrafikə müvafiq olaraq etməyə hazırıq. Bizim həm texniki imkanlarımız var və zavod şəraitində də bu işi görə bilərik. Mən düşünürəm ki, bu hərbi-texniki əməkdaşlıq sahəsində layihələrdən biri olacaq" - deyə V.Yanukoviç qeyd edib.

Xəbər lenti

Xəbər lenti