...

Gürcüstanın XİN başçısı: Qars-Tbilisi-Axalkalaki dəmir yolu ABŞ Konqresinin mövqeyinə baxmayaraq inşa ediləcək

Siyasət Materials 10 Yanvar 2007 15:20 (UTC +04:00)
Gürcüstanın XİN başçısı: Qars-Tbilisi-Axalkalaki dəmir yolu ABŞ Konqresinin mövqeyinə baxmayaraq inşa ediləcək

Qars-Tbilisi-Axalkalaki dəmir yolu ABŞ Konqresinin mövqeyinə baxmayaraq inşa ediləcək. Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə bu gün bu məsələni şərh edən Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Gürcüstan hökümətinin iclasının sonunda bəyan edib.

"ABŞ belə qərarları qəbul etmək üçün suveren hüquqa malikdir, lakin Vaşinqton bundan imtina etsə də, layihənin maliyyələşdirilməsi ilə bağlı heç bir problem olmayacaq, vəsaitləri digər mənbələrdən almaq olar", - deyə Bejuaşvili bəyan edib.

Bu gün ABŞ dövlət katibinin köməkçisi Metyu Brayzanın bildirdiyi kimi, prezident Corc Buş layihənin maliyyələşdirilməsini qadağan edən qanunu imzaladıqdan sonra o, bunun ABŞ-ın Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinə müxalif olması kimi başa düşülməsinə qarşıdır. "Biz hər zaman nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş layihələri dəstəkləmişik. Biz Şərq-Qərb dəhlizi boyunca yerləşən bütün ölkələri birləşdirən bütün layihələri, təkrar edirəm, bütün layihələri inkişaf etdirməyə çalışırıq", - deyə o bildirib.

Qars-Axalkalaki dəmir yolunun uzunluğu 98 kilometr təşkil edəcək, həmçinin Axalkalaki-Tbilisi dəmir yolunun yenidən qurulması nəzərdə tutulub. Layihənin dəyəri təxminən 400 milyon dollar təşkil edəcək. Gürcüstan öz dəmir yolu ərazisinin inşası üçün Azərbaycan və Türkiyədən borc alacaq. Qars-Tbilisi-Bakı dəmir yolu dəhlizi üzrə yük daşınmalarının illik həcminin istismarın ilk illərində 2-3 mln. ton səviyyəsində olması proqnozlaşdırılır və gələcəkdə onun 508 mln. tona qədər çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti