...

Yanvarın 15-də parlamentin daimi komissiyalarının iclasları başlayır

Siyasət Materials 10 Yanvar 2007 17:33 (UTC +04:00)

Yanvarın 15-dən etibarən Milli Məclisin daimi komissiyalarının iclasları başlayır. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, daimi komissiyaların iclaslarında Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq yeni qanun layihələrinə və hazırda qüvvədə olan qanunlara edilən əlavə və dəyişikliklərə baxılacaq.

Xatırladaq ki, parlament 2006-cı ilin dekabrın 31-dən etibarən tətildədir. Qanunverici orqanın yaz sessiyası fevralın 1-də başlayır.

Xəbər lenti

Xəbər lenti