...

Polşa xarici işlər nazirinin birinci müavini Bakıya səfər edəcək

Siyasət Materials 19 Yanvar 2007 18:00 (UTC +04:00)

Polşa xarici işlər nazirinin birinci müavini Pavel Koval (Pawel Kowal) yanvarın 22-də Bakıya səfər edəcək. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretskiy məlumat verib.

Onun sözlərinə görə, nazir müavininin Azərbaycan Milli Məclisində, Prezidentin İcra Aparatında, Xarici İşlər və İqtisadi İnkişaf Nazirliklərində görüşləri planlaşdırılıb. Təklif olunan mövzular aşağıdakı sahələri əhatə edir: ikitərəfli Polşa-Azərbaycan siyasi, iqtisadi, mədəni münasibətlər, energetika sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, regional təhlükəsizlik və s.

Polşa diplomatı həmçinin Bakı Slavyan Universitetində olacaq və orada Polyak Dili və Mədəniyyəti Mərkəzinin işi ilə tanış olacaq. Azərbaycan neft sənayesinin görkəmli xadimi polşalı mühəndis Pavel Pototskinin məzarının ziyarət edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti