...

YAP Suraxanı rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 24 Yanvar 2007 19:03 (UTC +04:00)

Yanvarın 24-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının III konfransı keçirilib.

YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, konfransın işində 95 ərazi ilk partiya təşkilatından 295 nümayəndə iştirak edib.

Mandat komissiyasının məlumatı dinlənildikdən sonra partiyanın rayon təşkilatının sədri Iüqar Seyidov II konfransdan ötən dövr ərzində görülmüş işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

Hesabat məruzəsində Yeni Azərbaycan Partiyasının III Qurultayının qəbul etdiyi qərarların, qurultayda Azərbaycan Respublikasının prezidenti, partiyanın sədri İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin layiqincə icrası istiqamətində ciddi addımlar atıldığı qeyd olunub, İcra Katibliyi tərəfindən verilən tövsiyyələrin vaxtlı-vaxtında yerinə yetirildiyi nəzərə çatdırılıb.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, partiyanın fəallarından Kəmalə Qənbərova, Əli Məmmədov, İbrahim Qələndərov, Tünzalə Əliyeva, Nuranə Eyvazova və başqaları hesabat məruzəsini və təşkilatın ötən dövr ərzindəki fəaliyyətini müsbət qiymətləndirdiklərini qeyd ediblər.

Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın III qurultaydan sonra həyata keçirdiyi tədbirlər, qarşıda duran vəzifələr və 2008-ci ildə keçiriləcək prezident seçkilərinə ilkin hazırlıq işlərinin konturları barədə geniş nitq söyləyib.

Konfransda həmçinin təşkilati məsələlərə baxılıb. Konfrans nümayəndələri rayon təşkilatının 47 nəfərdən ibarət şurasını, 21 nəfərdən ibarət idarə heyəti, 5 nəfərlik nəzarət-təftiş qrupunu seçiblər.

Konfransda Iüqar Seyidov yenidən YAP Suraxanı rayon təşkilatının sədri seçilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti