...

Azərbaycan prezidenti Fransanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək

Siyasət Materials 26 Yanvar 2007 12:41 (UTC +04:00)

Azərbaycan prezidenti Parisdə Fransanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin başçısı, fövqəladə və səlahiyyətli səfir Eleonora Hüseynova bildirib.

İlkin proqrama əsasən, yanvarın 29-31-nə planlaşdırılmış dövlət səfəri çərçivəsində Azərbaycan prezidenti Fransa Milli Məclisi və Senatı sədrləri, eləcə də ölkənin baş naziri ilə görüşəcək. E.Hüseynova bildirib ki, Azərbaycan prezidentinin şərəfinə Yelisey sarayında təntənəli ziyafət təşkil olunacaq, bu ziyafətə 300-dən artıq qonaq dəvət edilib.

E.Hüseynova xəbər verib ki, İlham Əliyevin Fransaya səfəri çərçivəsində onun YUNESKO baş katibi Koişiro Matsuura ilə görüşü də planlaşdırılır, belə ki, həmin dövrdə o, xarici səfərdə olacaq.

Xəbər lenti

Xəbər lenti