...

Nazir: "Azərbaycanda gənclər şəhərciyinin tikintisi üçün sahə ayrılıb"

Siyasət Materials 26 Yanvar 2007 13:16 (UTC +04:00)

Bakı İcra Hakimiyyəti gənclər şəhərciyinin tikintisi üçün sahə ayırıb. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan gənclər və idman naziri Azad Rəhimov mətbuat konfransında bildirib.

3 hektarlıq sahə Hövsan qəsəbəsində ayrılıb. Nazirin sözlərinə görə, nazirliyin büdcəsində bu tikintinin aparılması üçün vəsait nəzərdə tutulmadığı üçün nazirlik layihəyə gənc ailələrə aşağı qiymətlərlə müəyyən şərtlər daxilində mənzil təqdim etməyə hazır olan tikinti şirkətlərini cəlb etmək fikrindədir. A.Rəhimov bildirib ki, nazirlik gələcək qəsəbənin kommunikasiya xətlərinin tikintisini öz üzərinə götrürməyə hazırdır, əvəzində tikinti şirkətlərindən mənzilləri aşağı qiymətə tikmələrini xahiş edir.

Hələlik nazirlik bu layihəyə hər hansı bir tikinti şirkətini cəlb etməyə müyəssər olmayıb, lakin axtarışlar davam edir.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda təxminən 60 min gənc ailənin mənzil problemi var. İpoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsinə toxunaraq A. Rəhimov bildirib ki, bu, dünya üzrə ipoteka kreditlərinin ən əlverişli şərtləridir.

Xəbər lenti

Xəbər lenti