...

Bakı ofisinin yeni başçısı gələn həftənin əvvəlində Bakıya gələcək

Siyasət Materials 1 Fevral 2007 12:37 (UTC +04:00)

Bu gün səfir Joze Luis Xerrero Ansola ATƏT-in Bakı ofisinin başçısı kimi fəaliyyətə başlayır. ATƏT-in Bakı ofisindən Trend ə bildiriblər ki, səfir Azərbaycana gələn həftənin əvvəlində gələcək.

Qeyd edək ki, Xerrero Ansolanın 43 yaşı var, Harvard Universitetinin ictimai idarəetmə fakültəsini, eləcə də Madrid Universitetinin siyasi elm və sosiologiya fakültəsini bitirib. O, beynəlxalq münasibətlər və dialoq üzrə özəl İspaniya Fondunun baş direktoru vəzifəsində çalışıb. Geniş beynəlxalq təcrübəsinə Haiti, Ruanda, Cenevrə və Kosovoda BMT tərkibində işləməsi daxildir. 1999-cu ildən 2003-cü ilə qədər Kosovoda BMT missiyasında siyasi məsələlər üzrə məsləhətçi və qulluqçu vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti