...

Səfir: Türkiyədə baş verən zəlzələ nəticəsində yaralananlar arasında azərbaycanlılar yoxdur

Siyasət Materials 9 Fevral 2007 13:46 (UTC +04:00)
Səfir: Türkiyədə baş verən zəlzələ nəticəsində yaralananlar arasında azərbaycanlılar yoxdur

Türkiyənin cənubi-şərqində, Elaziq əyalətində cümə günü səhər baş verən zəlzələ nəticəsində yaralananlar arasında azərbaycanlılar yoxdur. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov bildirib.

İlkin məlumatlara görə yerli vaxtla saat 4.22-də qeydə alınan zəlzələ yerli əhali arasında təşviş yaradıb. Təxminən 20 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, yeraltı təkanlar nəticəsində bəzi evlər, eləcə də inzibati tikililər zədələnib, lakin zəlzələnin vurduğu zərər barədə dəqiq məlumat hələ alınmayıb.

Seysmoloqlar bildirir ki, zəlzələnin mərkəzi Sivircidə olub. Yeraltı təkanlar Türkiyənin digər cənubi-şərq əyalətlərində də hiss olunub.

Xəbər lenti

Xəbər lenti