...

"Dövlət qulluğu haqqında" qanuna əlavə və dəyişikliklər edilib

Siyasət Materials 16 Fevral 2007 17:51 (UTC +04:00)

Milli Məclisin fevralın 16-da keçirilən iclasında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası qanununda əlavə və dəyişikliklər edilib. Bu barədə Trend xəbər verir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini Rövşən Rzayev bildirib ki, hazırkı qanunda icra hakimiyyətində təmsil olunan sturukturların təsnifatı aparılıb. Həmin orqanlarda çalışanlar dövlət qulluqçusu hesab olunurlar.

"Lakin bu zaman bir sıra qurumlar nəzərə alınmayıb. Hansı ki, onlar dövlət büdcəsindən maliyyələşirlər və icra hakimiyyətinin tərkibinə daxildirlər. Ona görə də həmin sturukturların da "Dövlət qulluğu haqqında" qanundakı təsnifata salınması vacibdir", -deyə Rövşən Rzayev əlavə edib.

Müzakirələrdən sonra qanuna təklif olunan əlavə və dəyişikliklər qəbul edilib.

Xəbər lenti

Xəbər lenti