...

Həmyerlimiz "10 dollarlıq cihaz – I Pod " layihəsi ilə beynəlxalq müsabiqənin qalibi olub

Siyasət Materials 23 Fevral 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Həmyerlimiz Tural Əliyev "10 dollarlıq cihaz -I Pod" layihəsi ilə Beynəlxalq müsabiqənin qalibi olub. Bu barədə Trend in Naxçıvan Bürosu xəbər verir.

Tural Əliyevin ailəsindən Trend ə bildiriblər ki, hazırda Tural Əliyev "Məsafəli təhsil" ixtisası üzrə İngiltərənin Oxford Universitetində təhsil alır. "Məsafəli təhsil" üzrə yüzlərlə gənc kimi o, da hazırladığı "10 dollarlıq cihaz-I Pod" layihəsini beynəlxalq müsabiqəyə təqdim edib. Tural Həsənov fərqlənə bilib.

Məlumat üçün deyək ki, "10 dollarlıq cihaz-I Pod" özündə təhsilin inkişafında ucuz texnologiyanın yeni variantının mövcudluğunu, İEOÖ-də uğurlu tətbiqini ehtiva edir. Elektron təhsilin yeni variantlarının mümkünlüyünü nümayiş etdirən "10 dollarlıq cihaz-I Pod"un müəllifi buna görə Birləşmiş Ərəb Əmirliklərində 25-27 fevralda keçiriləcək və bu sahədə yeniliklərin yer alacağı növbəti müsabiqəyə dəvət olunub.

Qeyd edək ki, Tural Əliyev ARDNŞ-in "Təhsil proqramına" uyğun Oxfordda magistratura pilləsi üzrə təhsili alır. Bundan əvvəl isə o, Naxçıvan Türk Litseyinin və Türkiyənin Boğaziçi Universitetinin məzunu olub.

Xəbər lenti

Xəbər lenti