...

Gürcüstan sərhədyanı David Qareci memarlıq kompleksinin birgə istifadəsi ideyasını məqbul hesab edir

Siyasət Materials 9 Mart 2007 11:33 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstan üçün David Qareci kompleksinin açıq zona və ya turizm məqsədi ilə birgə istifadə edilməsi təklifi məqbuldur. Bu barədə Trend ə mədəniyyət, idman və abidələrin mühafizəsi naziri Giorgi Qabaşvili bəyan edib.

Bu kompleks Azərbaycan və Gürcüstan mütəxəssislərin iştirakı ilə Bakıda keçirilən delimitasiya və demarkasiya üzrə komissiyanın müzakirə mövzusu olub.

Qabaşvili bəyan edib ki, bu məsələni siyasiləşdirmək lazım deyil. "Bu tarixi abidədir və ona qulluq etmək məsələsi mübahisə yaratmır", deyə nazir bəyan edib. O, qeyd edib ki, bununla yanaşı burada mütləq kilsə xidmətinin göstərilməsi üçün şərait yaradılmalıdır.

Xəbər lenti

Xəbər lenti