...

Azərbaycan prezidenti Bakıda yeni körpünün açılışnda iştirak edib

Siyasət Materials 19 Mart 2007 12:11 (UTC +04:00)
Azərbaycan prezidenti Bakıda yeni körpünün açılışnda iştirak edib

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda Tbilisi prosepektində "20 yanvar" metro stansiyası yaxınlığında iki nəqliyyat qovşağının - körpü və tunelin rəsmi açılışında iştirak edib.

Tikinti işləri Azərbaycan prezidentinin "2006-2007-ci illər üçün Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən Bakının nəqliyyat infrastrukturunun yüngülləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilir.

Bütün işlərin iki il ərzində başa çatdırılması planlaşdırılır. Ümumi dəyər 300 mln. AZN məbləğində qiymətləndirilir.

Mart ayında Azərbaycanın Nəqliyyat Nazirliyi Bakının nəqliyyat infrastrukturunun inkişafı proqramına əlavələrin hazırlığını başa çatdıracaq. Kəsişən yolların üstündən salınan 18 körpü və piyada keçidləri, Bakı dairəvi yolu-1-in tikintisinin başa çatdırılması və Bakı dairəvi yol-2-nin tikintisinə başlanması təklif olunub.

"Məşədi Əzizbəyov" metro stansiyasından "Heydər Əliyev" adına beynəlxalq hava limanına qədər olan yolun genişləndirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti