...

Erməni arxeoloqları Qarsdakı abidələrin tədqiqatına başlayıb

Siyasət Materials 29 Mart 2007 14:57 (UTC +04:00)
Erməni arxeoloqları Qarsdakı abidələrin  tədqiqatına başlayıb

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Qars vilayətində tədqiqatların aparılması üçün Ermənistanın arxeoloq və tarixçilərindən ibarət xüsusi qrup Türkiyəyə gəlib. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib.

Zeynalovun sözlərinə görə, Ermənistan mədəniyyət naziri müavininin rəhbərlik etdiyi 20 nəfərlik nümayəndə heyətinin tərkibində olan arxeoloq və tarixçilər "Aktamar" kilsəsinin açılışında iştirak etdikdən sonra Qarsda arxeoloji işlər aparmaq niyyətindədirlər: "Onlar Qarsda bəzi tarixi abidələrin tədqiqatını aparmaqla buranın guya ermənilərlə əlaqəliliyini sübut etmək istəyirlər. Ermənistan nümayəndələri Qarsa səfər zamanı sərhədlərin açılması məsələlərini də müzakirə ediblər".

Xəbər lenti

Xəbər lenti