...

Milli Məclisin iclasında bir neçə qanun layihəsi qəbul olunub

Siyasət Materials 30 Mart 2007 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 30-da keçirilən iclasında "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının imtiyaz və immunitetləri haqqında" protokol təsdiq edilib. Müzakirə olunan sənəd haqqında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib.

Milli Məclis eyni zamanda Azərbaycan Təhsil Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında elm və təhsil sahəsində əməkdaşlığı nəzərdə tutan memorandumu, "Auditorun mülki hüquq məsuliyyətinin icbari sığortası haqqında", "Daxili audit haqqında" (iknici oxunuş) qanun layihələrini və "Dövlət qulluqçularının etik davranış kodeksini" (ikinci oxunuş) qəbul edib.

Xəbər lenti

Xəbər lenti